Sifarişlə iş
İdeyanı işləyən məhsula çeviririk
Adi Studio Adi.az-ın sifariş qəbul edən tərəfidir. Kiçik biznesin ilk saytından tutmuş komandanın gündəlik işlədiyi daxili sistemə qədər — işi başlayan da, təhvil verən də, sonra dəstəkləyən də eyni komandadır.
- Veb saytlar, veb tətbiqlər və idarəetmə panelləri
- iOS və Android üçün mobil tətbiqlər
- İnteqrasiya, avtomatlaşdırma və texniki dəstək
Adi Studio
Nə qururuq
Sıfırdan başlayan layihə də olar, yarımçıq qalmış layihə də. Hansına ehtiyacınız olduğunu bilmirsinizsə, brifdə “qərar verməmişəm” seçin — birlikdə aydınlaşdırarıq.
Veb sayt və landing
Korporativ sayt, məhsul səhifəsi, kataloq. Sürətli açılan, telefonda düzgün görünən və Google-da tapılan saytlar.
Veb tətbiq və panel
İstifadəçi hesabları, ödəniş, hesabat — biznesin öz daxili sistemi və ya müştəriyə açıq veb tətbiq.
Mobil tətbiq
iOS və Android üçün tətbiqlər — mağazaya yerləşdirilməsi və sonrakı yeniləmələri ilə birlikdə.
UI/UX dizayn
Ekranların dizaynı, istifadəçi axını və brend görünüşü. Kodla eyni komanda içində gedir, ona görə dizayn “kağızda qalmır”.
İnteqrasiya və avtomatlaşdırma
Ödəniş sistemləri, CRM, anbar, API-lar. Əl ilə görülən təkrar işi sistemə tapşırırıq.
Dəstək və inkişaf
Təhvildən sonra da yanınızdayıq: xəta düzəlişi, yeni funksiyalar və performans işləri.
İş axını
Sifariş necə gedir
Heç bir mərhələdə “nə oldu, nə bitdi” sualı qalmır. Hər addımın nə vaxt bitdiyi əvvəlcədən razılaşdırılır.
Brif
Sifariş formunu doldurursunuz. Nə istədiyiniz aydın deyilsə də problem yoxdur — suallarla birlikdə dəqiqləşdiririk.
Təklif
2 iş günü ərzində iş həcmini, müddəti və qiyməti yazılı təklif kimi göndəririk. Gizli xərc olmur.
Dizayn və inkişaf
İş hissə-hissə gedir və hər həftə görünən nəticə olur. Gedişatı canlı link üzərindən özünüz izləyirsiniz.
Təhvil və dəstək
Kod, domen və hesablar sizin adınıza keçir. İlk bir ay dəstək qiymətə daxildir.
Portfel
Komandamızın işləri
Adi Studio komandasının qurduğu məhsullar — ideyadan başlayıb canlı işləyən sayta və tətbiqə çevrilmiş işlər.
- Korporativ platforma
Kiber Dost
Şirkətlərə kibertəhlükəsizlik xidməti göstərən Kiber Dost üçün qurduğumuz sayt. Penetrasiya testi, 24/7 SOC monitorinqi, insidentə cavab, ISO 27001 hazırlığı və bulud auditi xidmətlərini bir kataloqda toplayır; işıq/qaranlıq tema dəstəkləyir və komandanın mobil tətbiqi ilə eyni dizayn dilində qurulub.
Saytı ziyarət et - Veb tətbiq
Bişdüş
Bir yeməyi restoranda yeməklə evdə bişirməyin xərcini yan-yana qoyan tətbiq. İstifadəçi yeməyi seçir, tətbiq inqrediyentlərin qiymətinə görə ev maya dəyərini hesablayır və restoran qiyməti ilə fərqi göstərir.
Saytı ziyarət et
Növbəti iş sizinki olsun
Appinizi, saytınızı və ya daxili sisteminizi eyni komanda qurur. Brifi doldurun — 2 iş günü ərzində müddət və qiymətlə qayıdaq.