Yüklənir
Yüklənir
Yeni layihələr qəbul edirik
Adi Studio sifarişlə veb sayt, mobil tətbiq və daxili sistemlər qurur. Adi İcma isə Azərbaycan developerlərini bir araya gətirir. Eyni komanda, eyni standart.
Mottomuz
A·D·İ — Anla, Dizayn et, İcra et. Hər layihə bu üç addımdan keçir və heç biri atlanmır.
01Anla
Biznesinizi, müştərinizi və həll etmək istədiyiniz problemi başa düşmədən bir sətir də kod yazmırıq. Nə istədiyiniz hələ aydın deyilsə, onu birlikdə tapırıq.
02Dizayn et
Ekranları, istifadəçi axınını və brend görünüşünü kodlamadan əvvəl göstəririk. Nəticəni ilk gündən görürsünüz — sürpriz sonda yox, əvvəldə olur.
03İcra et
Hər həftə görünən nəticə, canlı link və vaxtında təhvil. Kod, domen və hesablar sizin adınıza keçir, ilk ay dəstək isə qiymətə daxildir.
Adi Studio
Sıfırdan başlayan layihə də olar, yarımçıq qalmış layihə də. Hansına ehtiyacınız olduğunu bilmirsinizsə, brifdə “qərar verməmişəm” seçin — birlikdə aydınlaşdırarıq.
Korporativ sayt, məhsul səhifəsi, kataloq. Sürətli açılan, telefonda düzgün görünən və Google-da tapılan saytlar.
İstifadəçi hesabları, ödəniş, hesabat — biznesin öz daxili sistemi və ya müştəriyə açıq veb tətbiq.
iOS və Android üçün tətbiqlər — mağazaya yerləşdirilməsi və sonrakı yeniləmələri ilə birlikdə.
Ekranların dizaynı, istifadəçi axını və brend görünüşü. Kodla eyni komanda içində gedir, ona görə dizayn “kağızda qalmır”.
Ödəniş sistemləri, CRM, anbar, API-lar. Əl ilə görülən təkrar işi sistemə tapşırırıq.
Təhvildən sonra da yanınızdayıq: xəta düzəlişi, yeni funksiyalar və performans işləri.
Portfel
Adi Studio komandasının qurduğu məhsullar — ideyadan başlayıb canlı işləyən sayta və tətbiqə çevrilmiş işlər.
Şirkətlərə kibertəhlükəsizlik xidməti göstərən Kiber Dost üçün qurduğumuz sayt. Penetrasiya testi, 24/7 SOC monitorinqi, insidentə cavab, ISO 27001 hazırlığı və bulud auditi xidmətlərini bir kataloqda toplayır; işıq/qaranlıq tema dəstəkləyir və komandanın mobil tətbiqi ilə eyni dizayn dilində qurulub.
Bir yeməyi restoranda yeməklə evdə bişirməyin xərcini yan-yana qoyan tətbiq. İstifadəçi yeməyi seçir, tətbiq inqrediyentlərin qiymətinə görə ev maya dəyərini hesablayır və restoran qiyməti ilə fərqi göstərir.
Brifi doldurun — 2 iş günü ərzində müddət və qiymətlə qayıdaq.
Sifariş verStruktur
Bir tərəf pulsuzdur və hər kəsə açıqdır, digəri sifarişlə işləyir. İcmada öyrənilən şey studiyada məhsula çevrilir.
Developerlərin bir araya gəldiyi yer
Sual vermək, təcrübə bölüşmək və birgə nəsə qurmaq üçün otaq. Səviyyə fərqi yoxdur — ilk “Hello world”-ünü yazan da, on illik mühəndis də eyni söhbətdədir.
İdeyanı işləyən məhsula çeviririk
Adi.az-ın öz komandası. Veb sayt, mobil tətbiq, daxili sistem — brifdən başlayıb təhvilə və təhvildən sonrakı dəstəyə qədər işin hamısını biz aparırıq.
Suallar
Cavabını tapmadığınız sual qaldısa, sifariş formunda “Sadəcə əlaqə” seçin — özümüz yazaq.
Brifi aldıqdan sonra 2 iş günü ərzində iş həcmini, müddəti və qiyməti yazılı təklif kimi göndəririk. Qiymət əvvəlcədən razılaşdırılır və gizli xərc olmur.
Bəli. Sifariş formunda “Hələ qərar verməmişəm” seçin və ya “Sadəcə əlaqə” rejimində nömrənizi qoyun — lazımi sualları özümüz verib ehtiyacı birlikdə aydınlaşdırırıq.
İş hissə-hissə gedir və hər həftə görünən nəticə olur. Gedişatı canlı link üzərindən özünüz izləyirsiniz — “nə oldu, nə bitdi” sualı qalmır.
Sizə. Təhvil zamanı kod, domen və bütün hesablar sizin adınıza keçir. Layihədən asılı qalmırsınız.
İlk bir ay dəstək qiymətə daxildir. Ondan sonra da xəta düzəlişi, yeni funksiyalar və performans işləri üçün yanınızdayıq.
Bəli. Sıfırdan başlayan layihə də olar, yarımçıq qalmış layihə də. Brifdə “Mövcud layihəyə dəstək” seçin.
Xeyr. Adi İcma pulsuzdur, qeydiyyat tələb olunmur və heç kim CV istəmir. Tək şərt davranış qaydalarına riayət etməkdir.
Brifi doldurun və ya sadəcə nömrənizi qoyun — 2 iş günü ərzində müddət və qiymətlə qayıdaq. Sorğu göndərmək sizi heç nəyə bağlamır.